Xəzər dənizində zəlzələ oldu - Yeniləndi
Sumqayıtda zəlzələ qeydə alınıb.
Rubrika.az Axar.az-a istinaden xəbər verir ki, bu barədə sosial şəbəkə istifadəçiləri məlumat yayıb.
Yeraltı təkanların təxminən 10-15 saniyəyə kimi davam etdiyi və yerli sakinlər tərəfindən aydın hiss edildiyi deyilib.
Hələlik rəsmi məlumat yoxdur.
***
Xəzər dənizinin Azərbaycan sektorunda zəlzələ baş verib.
Bu barədə Axar.az-a Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib.
İlkin məlumatlara əsasən yerli vaxtla saat 18:54-də Nardarandan 24 km şimalda Xəzər dənizində zəlzələ qeydə alınıb.
Maqnitudası 2.7, dərinliyi 5 km olan zəlzələ dəniz kənarı yaşayış məntəqələrində 3 bala qədər hiss olunub
Rubrika.az
Facebook-da paylaş












