Gəncədə qəzada xəsarət alanların kimliyi məlum olub - YENİLƏNİB

Gəncədə baş verən yol qəzası nəticəsində xəsarət alanların kimlikləri məlum olub.
Rubrika.az APA-ya istinaden bildirir xəsarət alanlar şəhər sakinləri 1981-ci il təvəllüdlü Orucov Natiq, 1975-ci il təvəllüdlü Orucov Elşad və 1986-cı il təvəllüdlü Orucov Afiqdir
Onların iki qardaş və əmioğlu olduğu bildirilir. Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilən Orucov Natiqin vəziyyəti orta-ağır kimi qiymətləndirilir.
Yüngül xəsarət alan digər iki şəxs tibbi yardım göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıb.
Faktla bağlı araşdırma aparılir
***
21:18
Gəncədə iki avtomobil toqquşub.
“KAMaz” və “VAZ” markalı avtomobillərin toqquşması nəticəsində “VAZ”-da olan iki nəfər bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.
Rubrika.az
Facebook-da paylaş










