Putin az qala təyyarə qəzasında həlak olacaqdı...
![]()
Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin uçduğu təyyarə enişdə ciddi çətinliklərlə üzləşib.
Moderator.az-ın İsrail mediasına istinadla verdiyi xəbərdə deyilir ki, hava gəmisinin heyəti möcüzəvi şəkildə Qırğızıstan paytaxtına enməyə müvəffəq olub. Olay noyabrın 28-də baş versə də, bu barədə məlumat KİV-ə yalnız bu gün səhər saatlarında sızıb.
Qırğızıstanda eniş zamanı uçuş bağlantısını xeyli çətinləşdirən güclü duman olub. Mülki reyslərin əksəriyyəti digər hava limanlarına yönəldilib. Putinin isə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının sammitinə gəlməsi lazım idi. Enişdən əvvəl hava hər on dəqiqədən bir dəyişib, eniş zamanı isə gözlənilmədən pisləşib və uçuş zolağı görünməz olub. Odur ki, Bişkek üzərində bir ehtiyat dairə vurduqdan sonra "İL-96"-nun pilotu, hava limanına təyyarəni sözün əsl mənasında hissiyatıyla endirib.
O da qeyd ediilir ki, Rusiya Müdafiə naziri S.Şoyqunun təyyarəsi Bişkek üzərində əlavə dairədən sonra da eniş edə bilməyib və Qazaxıstanda -Almatı hava limanında enməli olub.
Rubrika.Az
Facebook-da paylaş














