İngiltərə bütün ölkələri Şimali Koreyaya qarşı birləşməyə çağırdı
![]()
İngiltərənin xarici işlər naziri Boris Conson dünya ictimaiyyətini Şimali Koreyanın nüvə proqramına qarşı birləşməyə çağırıb.
Rubrika.az ölkə.az-a istinadla xəbər verir ki, Boris Conson "Şimali Koreyanın qeyri-qanuni nüvə silahı istehsal etmək proqramı regional və beynəlxalq stabilliyə qarşı təhdiddir. Beynəlxalq ictimaiyyət bu məsələdə vahid olmalıdır"-deyib.
Nazir əlavə edib ki, Şimali Koreyaya qarşı sanksiyalar var. Amma diplomatik təzyiqi davam etdirmək lazımdır.
Rubrika.Az
Facebook-da paylaş










