Gəncədə həyat yoldaşını qətlə yetirməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır

Gəncədə həyat yoldaşını qətlə yetirməkdə təqsirləndirilən Rauf Vəliyevin məhkəməsi başlayır.
RUBRIKA.AZ "Report"a istiandla xəbər verir ki, iş baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib və hakim Xəqani Səmədovun sədrliyi ilə araşdırılacaq.
Məhkəmənin hazırlıq iclasının vaxtı hələki məlum deyil.
Qeyd edək ki, hadisə bu ilin iyununda Gəncə şəhərində baş verib.
Belə ki, R.Vəliyev həyat yoldaşı 25 yaşlı Aynurə Bayramovanı bıçaqla xəsarətlər yetiirərək qətlə yetirib.
Ona qarşı Cinayət Məcəlləsinin 120.2.2-ci (Qəsdən adam öldürmə, xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.
RUBRIKA.AZ
Facebook-da paylaş










