Vergilər naziri İtaliya səfiri ilə görüşüb

Bu gün vergilər naziri Mikayıl Cabbarov İtaliyanın Azərbaycanda yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Augusto Massari ilə görüşüb
Bu barədə “Report”a Nazirlikdən məlumat verilib.
Rubrika.az Pia.az-a istinadən xəbər verir ki, görüşdə Azərbaycan və İtaliya arasında ikitərəfli münasibətlərin inkişafı, hər iki ölkənin vergi xidmətləri arasında əməkdaşlıq, o cümlədən təcrübə mübadiləsi məsələləri müzakirə edilib, həmçinin Azərbaycanın regionlarında xarici investorlar üçün yaradılmış şərait, sənaye və texnologiyalar parklarında mövcud olan vergi və digər güzəştlər sistemi barədə fikir mübadiləsi aparılıb.
Rubrika.az
Facebook-da paylaş














