Mingəçevirdə 6 yaşlı uşağı maşın vurub

Mingəçevir şəhərində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Rubrika.az "Report”un Şirvan bürosu-na istinaden xəbər verir ki, hadisə axşam saatlarında İslam İslamzadə küçəsində baş verib.
Markası hələ ki, naməlum olan avtomobil yolu keçən 2012-ci il təvəllüdlü şəhər sakini Quluzadə İmaməli Məhəmməd oğlunu vuraraq ona xəsarət yetirib.Yaralı uşaq xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
Rubrika.az
Facebook-da paylaş














