“Muğanbank”da “Forex” qalmaqalı: məhkəmə istintaqı başa çatdı

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda dələduzluqda ittiham olunan "Muğanbank" ASC-nin Nəsimi filialının kredit üzrə mütəxəssisi Novruz Vəliyevin cinayət işi növbəti məhkəmə prosesi keçirilib
Rubrika.Az virtualaz.org-a istinadla bildirir ki, prosesə hakim Əfqan Hacıyev sədrlik edib. Prosesdə məhkəmə istintaqının yekunlaşdırıldığı elan olunub. Dövlət ittihamçısı çıxış üçün vaxt istəyib.
Məhkəmə prosesi yanvarın 23-də davam edəcək.
Qeyd edək ki, N.Vəliyev tanışları - Kənan Nağıyev və Cavad Cavadov etibarından sui-istifadə edərək, "forex" maliyyə birjasına bank kartı vasitəsilə mədaxil edib dövriyyəyə buraxmaqla hər ayın tamamında onlara qazanc vəd verərək aldatmaqda, bu yolla hər həmin şəxslərdən ümumilikdə 332 min 200 manat məbləğində vəsaitini ələ keçirməkdə ittiham olunur.
İş üzrə zərərçəkmiş şəxs qismində "Muğanbank" ASC-nin Nəsimi filialının müdiri Natiq Teymurov da tanınıb.
N.Vəliyev Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq; külli miqdarda törədildikdə) maddəsi ilə ittiham edilib və barəsində həbs qətimkan tədbiri seçilib.
N.Vəliyev məhkəmədə özünü qismən təqsirli bilib. O, zərərçəkmiş şəxslərə vurulan ziyanın bir qismini ödədiyini deyib.
Rubrika.Az
Facebook-da paylaş















