Azərbaycan-Kosovo oyunu ləğv edildi

Bu gün İsveçrənin Lozanna şəhərində UEFA Millətlər Liqası turnirinin püşkatma mərasimi keçirilib. Püşkatmanın nəticəsinə əsasən, Azərbaycan və Kosovo milli komandalarının eyni qrupda mübarizə aparacağı müəyyənləşib.
Virtualaz.org-un AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, bununla əlaqədar püşkatmadan sonra hər iki futbol federasiyasının rəhbərliyi arasında görüş keçirilib və fevralın 2-nə planlaşdırılan yoldaşlıq görüşünün keçirilməməsi barədə qarşılıqlı razılıq əldə olunub.
Rubrika.az
Facebook-da paylaş













