Patiyev açıqladı: Kürdlər Afrini Dəməşqə təhvil verir?

Kürdlər Afrini Suriya rəhbərliyi və ordusunun nəzarətinə vermək üçün danışıqlar aparmır.
Rubrika.az Axar.az-a istinaden xəbər verir ki, bu sözləri Rusiya Kürdləri Milli və Mədəni Federal Muxtariyyətinin həmsədri Fərhad Patiyev deyib.
"Kürdlərin Afrini Suriya rəhbərliyinə vermək meylində olduğuna dair mətbuatda yayılan xəbərlər həqiqəti əks etdirmir. "Şimali Suriya Federasiyası"nın statusu rəsmi olaraq tanınmayana qədər rejim qüvvələri Afrində sərbəst hərəkət edə bilməz".
Qeyd edək ki, "İzvestiya" qəzeti Afrin kürdlərinin şəhəri Dəməşqə təhvil vermək barədə danışıqlar apardığını iddia etmişdi.
Rubrika.az
Facebook-da paylaş













