BBC: Suriyada Rusiyaya məxsus “Su-25” tipli təyyarə vurulub

Suriyanın İdlib əyalətində “Su-25” tipli təyyarə vurulub. APA-nın BBC-yə istinadən verdiyi xəbərə görə, təyyarənin Rusiya Hərbi-Hava Qüvvələrinə məxsus olduğu ehtimal edilir.
Məlumata görə, pilot katapult etməyə imkan tapa bilib.
“Sky News Arabia” telekanalı təyyarənin “yer-hava” sinfinə aid raketlə vurulduğunu vurğulayıb.
Məlumat rəsmən təsdiqlənməyib.
Rubrika.az
Facebook-da paylaş











