Rusiyada təyyarə qəzasında həlak olanlardan biri Azərbaycan vətəndaşıdır

Rusiyada baş verən təyyarə qəzası ilə bağlı Azərbaycanın Xarici İşlər Nazirliyinin mətbuat xidməti açıqlama yayıb.
Rubrika.az musavat.com-a istinadla bildirir ki, mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib ki, Xarici İşlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi və Daxili İşlər Nazirliyi tərəfindən əlaqələndirilmiş şəkildə Saratov hava yollarına məxsus Moskva-Orsk reysi ilə uçuş həyata keçirən təyyarədə baş vermiş qəzada həlak olduğu bildirilən şəxsin Azərbaycan Respublikası vətəndaşı olması araşdırılıb.
"Təyyarə qəzasında həlak olduğu bildirilən 5 may 1971-ci il təvəllüdlü, Yevlax rayon sakini Qəhrəmanov Namiq İnayət oğlu Azərbaycan Respublikasının vətəndaşıdır.
Məsələ ilə əlaqədar Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Səfirliyi və aidiyyəti dövlət qurumları Rusiya Federasiyasının müvafiq dövlət təşkilatları ilə təmasdadırlar", - H.Hacıyev bildirib.
Facebook-da paylaş














