“Kediciklər" efirə çıxmayacaq — Adnan Oktardan sürpriz qərar
![]()
Türkiyə teleradio yayım şurasının yeni qərarından sonra Adnan Oktar geri addım atıb.
Rubrika.Az “Ölkə.Az”a istinadla xəbər verir ki, Oktar “kediciklər” kimi tanınan gənc qızları yayıma çıxarmamaq qərarına gəlib.
Oktar Almaniya mətbuatına verdiyi açıqlamada teleradio yayım şurasının cəzasından sonra qadınların efirə çıxmayacağını bildirib:
“Xanımlar dekolte geyinməsinlər deyildi, xanımlar bundan sonra verilişə çıxmayacaq. Mən məsələni kökündən həll etdim”.
Adnan Oktar “Siz şeyxsiniz?”- sualını “mən belə şeyləri bilmirəm”, - deyə cavablandırıb.
Rubrika.Az
Facebook-da paylaş











