ABŞ-ın Monteneqrodakı səfirliyi qarşısında partlayış — 1 ölü
![]()
ABŞ-ın Monteneqrodakı səfirliyi qarşısında partlayış baş verib.
Rubrika.Az “Ölkə.Az”a istinadla xəbər verir ki, Podqoritse şəhərində baş verən partlayışla bağlı məlumatı ABŞ-ın diplomatik mənbələri yayıb.
Dövlət departamenti bildirir ki, əl qumbarası partlayıb. Nəticədə 1 nəfər həlak olub.
“Naməlum şəxs əlindəki qumbaranı partladıb. Nəticədə həlak olub”,- deyə departamentin məlumatında bildirilir.
İnsidentin səbəbi və ölən şəxsin kimliyi araşdırılır.
Rubrika.Az
Facebook-da paylaş















