Büdcə artıq gəldi, pul vətəndaşlara paylanacaq – Sinqapurda
![]()
Dövlət büdcəsində artıq qalan pullar Sinqapur vətəndaşlarına paylanacaq.
Rubrika.Az Minval.info-ya istinadən məlumat verir ki, Sinqapur hökuməti büdcədə artıq qalan 9.6 milyard pulu 21 yaşından yuxarı vətəndaşları arasında bölüşdürəcək.
Belə ki, aylıq gəliri 28 min dollar təşkil edənlərə 300, 100 minə qədər olanlara 200, 100 min dollardan yuxarı olanlara isə 100 dollar əlavə pul veriləcək. Sinqapur Maliyyə Naziri Heng Svi Keat “bununla da Sinqapurdakı iqtisadi inkişafın meyvələri elə vətəndaşlarımızla paylanacaq vədini yerinə yetirmiş olacağıq”- deyə, bildirib.
Qeyd edək ki, 2011-ci ildə də Sinqapur rəsmiləri vətəndaşlara 100-800 dollar arası pul mükafatı vermişdi.
Rubrika.Az
Facebook-da paylaş










