Türkiyədən İsrailə sərt reaksiya
![]()
Şərqi Qüdsdə yeni yəhudi məskənlərinin salınması ilə bağlı İsrail hökumətinin qərarı təsdiqləməsini qınayırıq.
Rubrika.az Axar.az-a istinaden xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin bəyanatında deyilib.
“İsrail işğal altında saxladığı Şərqi Qüdsdə fələstinlilərə məxsus özəl torpaqlarda 3 min yeni mənzil inşa etməyi planlaşdırır. Biz bu qərarı şiddətlə qınayırıq. İsrail bununla beynəlxalq hüquq normalarını və BMT-nin qətnamələrini heçə saydığını göstərir. İsrail bu addımlarla regionda qalıcı sülh prosesini məhv etməkdədir”, - XİN-nin bəyanatında deyilib.
Rubrika.az
Facebook-da paylaş













