Səhiyyə işçilərinin əməkhaqları artırıldı - RƏSMİ

Azərbaycan prezidenti İlham Əliyev səhiyyə müəssisələrində çalışan işçilərin əməkhaqlarının artırılması haqqında sərəncam imzalayıb.
Rubrika.az-ın APA-ya istinaden məlumatına görə, dövlət büdcəsindən maliyyələşdirilən səhiyyə müəssisələrində çalışan işçilərin Vahid Tarif Cədvəli ilə müəyyən edilmiş aylıq vəzifə maaşları 2018-ci il martın 1-dən orta hesabla 10 faiz artırılıb.
Rubrika.az
Facebook-da paylaş













