Türkiyə XİN başçısı: "Rusiya ilə bu işin detallarını danışacağıq"
![]()
“Bəyanatın 5-ci maddəsinə uyğun olaraq biz Rusiya ilə birlikdə memarandum imzaladıq. Önümüzdəki günlərdə Rusiya ilə bu işin detallarını danışacağıq”.
Rubrika.Az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu noyabrın 12-də Bakıda keçirdiyi brifinqdə bildirib.
Onun sözlərinə görə, mərkəz Azərbaycanın torpaqlarında, Azərbaycanın dediyi yerlərdə olacaq:
“Ümid edirik ki, Ermənistan keçmişdəki hərəkətlərindən dərs alıb. Səmimi deyirəm ki, bundan Ermənistan xalqı da faydalanacaq. Bundan hər kəs faydalanacaq. Biz atılacaq addımları Azərbaycanla birlikdə koordinasiya edəcəyik”.
Rubrika.Az
Facebook-da paylaş













