Armen Sarkisyan Ermənistan prezidenti seçildi
![]()
Ermənistan parlamentində prezident seçkiləri ilə bağlı səsvermə keçirilib.
Rubrika.Az “Ölkə.Az”a istinadla xəbər verir ki, dövlət başçısı Serj Sarkisyan Ermənistanın Böyük Britaniyadakı səfiri Armen Sarkisyanın namizədliyini irəli sürüb. Armen hakim partiyanın yeganə namizədidir.
Koalisiyanın 65 millət vəkili Armen Sarkisyanın prezidentliyi lehinə səs verib. Səsvermədə isə 100-dən çox deputat iştirak edib.
Yeni prezidentin seçilməsi üçün 79 millət vəkilinin səsi lazımdır. Koalisiya fraksiyasının 65 mandatından başqa “Tsarukyan” müxalifət fraksiyası da səsverməyə söz verib. Bu fraksiyada 31 deputat təmsil olunur.
Beləliklə, Armen Sarkisyan Ermənistan prezidenti seçilib.
Rubrika.Az
Facebook-da paylaş











