Helikopter qəzası: 9 nəfər niyə 7 oldu? – Kadırov
![]()
Çeçenistanda qəzaya uğrayan helikopterdə əvvəlcə 9, daha sonra isə 7 nəfərin olması barədə yayılan rəsmi açıqlamaya Çeçenistan lideri Ramzan Kadırov aydınlıq gətirib.
Rubrika.az Axar.az -a istinaden xəbər verir ki, 2 sərhədçi qəzadan az öncə helikopterdən tullanmağı bacarıb.
“Helikopter zastavaya apardığı sərhədçiləri düşürmək üçün enişə başlayıb. Helikopter yerdən 2 metr məsafədə olanda onu güclü külək vurub. Bu zaman iki sərhədçi helikopterdən atılmağı bacarıb. Digər 7 nəfər helikopterdə qalıb. Helikopter 150 metr yüksəkliyə qalxıb və ordan yerə çırpılıb”, - Kadırov deyib.
Kadırov bildirib ki, qəza yerində 5 meyit və 2 yaralı aşkarlanıb. Amma yaralılardan biri hospitalda dünyasını dəyişib. Hazırda ikinci yaralının vəziyyəti ağır-stabildir:
“Əgər onun vəziyyəti ağırlaşsa, təcili olaraq Moskvaya göndəriləcək”.
Qeyd edək ki, bu gün rus sərhədçiləri zastavaya aparan Mi-8 helikopteri Çeçenistanda qəzaya uğrayıb.
Rubrika.az
Facebook-da paylaş














