Ermənistanda koronavirusdan daha 42 nəfər ölüb
![]()
..Ermənistanda daha 1 184 nəfərdə koronavirus aşkarlanıb.
Rubrika.az Milli.Az-a istinadən xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.
Bununla da Ermənistanda virusa yoluxanların sayı 296 552-yə yüksəlib.
Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı daha 42 nəfər artaraq 6 055-ə çatıb.
Rubrika.az
Facebook-da paylaş













