Mətbuat Şurası İdarə Heyətinin yeni tərkibi seçildi - Amaşov sədr oldu - siyahı

Azərbaycan jurnalistlərinin bu gün keçirilən qurultayında Mətbuat Şurasının İdarə Heyətinin və Nəzarət Təftiş Komissiyasının yeni tərkibi müəyyənləşib.
Rubrika.Az musavat.com-a istinadla xəbər verir ki, qurultayda Əflatun Amaşov yenidən Mətbuat Şurasının sədri seçilib. Şuranın 11 jurnalistdən, 7 ictimaiyyət nümayəndəsindən və 5 internet informasiya resursu təmsilçisindən ibarət İdarə Heyəti formalaşıb.
Əsas heyət: Əflatun Amaşov, Vüqar Rəhimzadə, Umud Rəhimoğlu, Rəşad Məcid, Aydın Quliyev, Akif Aşırlı, Rauf Arifoğlu, Elçin Mirzəbəyli, Bəxtiyar Sadıqov, Aynur Camalqızı, Bahəddin Həziyev.
İctimaiyyət nümayəndələri arasında: Vüqar Səfərli, Müşviq Ələsgərlıi, Aqil Abbas, Cavanşir Feyziyev, Hikmət Babayev, İlham İsmayıloğlu, Yadigar Məmmədli.
İnternet Portalları: Vüsalə Mahirqızı, Azər Həsrət, Niyaz Niftiyev, Rəhman Hacıyev, Anar İmanov.
Rubrika.Az
Facebook-da paylaş














