BDU-nun yeni rektoru Elçin Babayevin QOHUMBAZLIQ fəaliyyəti ilə bağlı Mehriban xanım Əliyevaya müraciət edildi - Cavabsız qalan suallar???

Hörmətli Mehriban xanım!
Sizin təhsil sahəsinə göstərdiyiniz böyük diqqət və qayğı nəticəsində son illərdə bu sahədə inqilabi irəliləyişlər əldə olunub. Cənab Prezidentin və sizin qətiyyətiniz,iradəniz nəticəsində artıq Azərbaycan təhsili müasir dünya standartlarına cavab verən, dinamik inkişafda olan bir sistemə çevrilib.
Bu il 100 illik yubileyi qeyd ediləcək Bakı Dövlət Universiteti hər zaman dövlətin qayğısı və diqqəti ilə əhatə olunub. Bu nüfuzlu təhsil ocağı eyni zamanda Azərbaycan elminin və təhsilinin flaqmanı hesab edilir. Təəssüflər olsun ki, son dönəmlər bu təhsil ocağında heç də Azərbaycan elminə baş ucalığı gətirməyən hadisələr baş verir. Elçin babayevin universitetə rektor təyin olunmasından sonra hamı burada əsalı dəyişikliklərin,islahatların olacağını gözləyirdi. Lakin yeni rektor gözləntiləri doğrultmayaraq ancaq öz şəxsi maraqları naminə dəyişikliklərə imza atıb. Qohumlarından, dostlarından ibarət komanda formalaşdıraraq BDU-nu ailə podratı ilə idarəetməyə götürüb.
Saytımızda 17ş07.2019-cu il tarixində “Elçin Babayevin BDU-da “biz mehriban ailəyik” idarəetməsi - F.Qurbanovun yeri hələ çox görünəcək!” başlıqlı məqalə dərc olunub. (http://fraksiya.az/index.php?newsid=51771) Məqalədə BDU-da baş verən qanunsuzluqlar barədə söhbət açılıb, təcili tədbirlərin görülməsi zərurəti vurğulanıb. Lakin, indiyə qədər yazıya heç bir münasibət bildirlilməyib, hər hansı açıqlama olmayıb. Xahiş edirik ki, böyük bir elm ocağında baş verən qanunsuzluqlara son qoymaq üçün əlaqədar qurumlara təcili hərəkətə keçmək barədə göstəriş verəsiniz. Sizə öncədən təşəkkür edirik!
Nicat Mahmudov
Rubrika.az
Facebook-da paylaş












