“Apreldən sonra Qarabağ münaqişəsi ilə bağlı danışıqlar intensivləşəcək” — deputatdan AÇIQLAMA
![]()
“Bu ilin aprel ayından sonra Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində danışıqlar intensivləşə bilər”.
Bu fikirləri “Ölkə.Az”a açıqlamasında Milli Məclisin deputatı, politoloq Rasim Musabəyov bildirib.
R.Musabəyov deyib ki, Ermənistan və Rusiyada seçkilər yeni başa çatıb:
“Aprelin 11-də isə Azərbaycanda prezident seçkiləri keçiriləcək. Gözlənilir ki, Serj Sarkisyan Ermənistanın baş naziri olacaq. Yəni, apreldə Ermənistanda hakimiyyət dəyişikliyi gözlənilir. Bununla da aprel ayında Ermənistanda, Rusiyada və Azərbaycanda keçirilən seçkilərin transformasiyası yekunlaşacaq. Buna görə də aprel ayından sonra Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində danışıqlar intensiv hal almalıdır. Ancaq heç bir irəliləyiş olmaya da bilər. Bütün bunları zaman göstərəcək”.
Rubrika.Az
Facebook-da paylaş















