Siyəzəndə yük maşını qəza törətdi
![]()
Siyəzən rayonunun Yenikənd kəndində HOWO markalı yük avtomobili yol kənarındakı maneəyə çırpılıb.
Oxu.Az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, hadisə yerinə cəlb olunmuş Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılmış vəziyyətdə qalmış sürücünü deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
Əməliyyat başa çatıb.
Rubrika.Az
Facebook-da paylaş














