“Bank VTB (Azərbaycan)” məhkəməyə verildi

“Bank VTB (Azərbaycan)” ASC-ni məhkəməyə verdilər.
Rubrika.az “Ölkə.Az”-a istinaden xəbər verir ki, bankın müştərisi Abbasova Gülər İmran qızı kredit müqaviləsinin ləğv edilməsi, kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi barədə apellyasiya məhkəməsinə müraciət edib. Bundan başqa Muradov Nahid Məmmədfaruq oğlu və Əzimov Natiq Yusif oğlu da nağd pul krediti müqaviləsinə əsasən pul tələbi ilə bağlı apellyasiya məhkəməsinə müraciət edib. Hər iki məhkəmə prosesi mart ayının 30-da keçiriləcək və məhkəmələrin iddiaları qismən təmin edilib.
Qeyd edək ki, “Bank VTB (Azərbaycan)” məhkəmələrdə iddiaçı qismində çıxış edəcək.
Rubrika.az
Facebook-da paylaş









