İcra başçısının pambıqda birinci elədiyi Tərtərdən heyrətamiz faktlar
![]()
Dövlət başçısı Bərdədə pambıq müşavirəsində çox mühüm rəqəmlər açıqladı
Pambıq yığımı ilə məhsuldarlığın ən yüksək olduğu bölgənin adı açıqlandı
Prezident dedi ki, birinci yerdə Tərtərdir və bütün rayonları qabaqlayıb. Elə müşavirədə ilk çıxış edən məmur də bu rayonun icra hakimi Müstəqim Məmmədov oldu.
M.Məmmədov kifayət qədər sərbəst nitqlə çıxış etdi, rayonda görülən işləri diqqətə çatdırdı və prezidentin dəstəyini vurğuladı. Əksər məmurlar çox vaxt kağızdan güclə oxuyurlar və hazır məruzəni diqqətə çatdırmaqda çətinlik çəkirlər.
M.Məmmədov isə respublikada birinci yerə çıxardığı Tərtərlə bağlı olduqca rahat, aydın danışdı.
Ümumiyyətlə, Tərtərin icra başçısı dövlət başçısına bağlı olan və əhaliyə ürəklə xidmət göstərən məmur kimi ad çıxarıb. Bu reallıqdır ki, onun prezidentdən ayrı bağlı olduğu hansısa nazir, kurator yoxdur.
Bu da icra başçısının müstəqil fəaliyyət göstərməsinə imkan yaradır və yerli camaat da razılıq edir. Çünki həftədə azı iki görüş keçirir, kəndlərə gedir, səyyar görüşlər keçirir.
Martın 28-də Tərtər rayon Mədəniyyət Mərkəzində Bərdə rayonunda pambıqçılığın inkişafı məsələlərinə dair keçirilən respublika müşavirəsinin yekunlarına və müşavirədə Prezident İlham Əliyevin nitqindən irəli gələn vəzifələrə həsr olunmuş yığıncaq keçirilib.
Aidiyyəti idarə, müəssisə və təşkilatların rəhbərlərinin, rayon icra hakimiyyəti başçısının inzibati ərazi dairələri üzrə nümayəndələrin, bələdiyyə sədrlərinin, pambıqçılıqla məşğul olan fermerlərin, torpaq mülkiyyətçilərinin, habelə ictimaiyyət nümayəndələrinin iştirakı ilə keçirilən yığıncaqda pambıqçılığın inkişaf etdirilməsi, məhsuldarlığın artırılması məsələləri müzakirə edilib.
İcra başçısı Müstəqim Məmmədov çıxış edərək respublika müşavirəsində pambıqçılığın inkişafı ilə əlaqədar qarşıya mühüm vəzifələr qoyulduğunu diqqətə çatdırıb.
O, Tərtərin sovet dövründə də pambıq istehsalında yüksək nailiyyətlər əldə etdiyini söyləyib. Rayonumuzun torpağı münbit, iqlimi pambıqçılıq üçün əlverişlidir.
Ötən il 3123 hektarda pambıq əkilmiş, əvvəlki ilə nisbətən “ağ qızıl” əkinlərinin sahəsi 3 dəfə artıb.
Rubrika.Az fia.az-a istinadla xəbər verir ki, Tərtər rayonunda da regionların inkişafı dövlət proqramlarının icrası rayon iqtisadiyyatının inkişafına təkan verib.
Abadlıq quruculuq işlərinin və yeni sosial obyektlərin tikintisinin aparılmasına, yeni infrastruktur layihələrinin həyata keçirilməsi, sahibkarlığın inkişafı və sahibkarlara dəstək verilməsi, yeni iş yerlərinin yaradılması, əhalinin məşgulluğunun artırılması və rayon sakinlərinin yaşayış səviyyəsinin yüksəldilməsinə ciddi təkan olub.
Tərtər cəbhə xəttində yerləşən, ən gərgin döyüşlərin getdiyi rayonlarımızdan biridir. Erməni işğalçılarının mütəmadi olaraq atəşkəs rejimini pozması, təxribatlara əl atmaq üçün dəridən, qabıqdan çıxması fonunda gərginlik yaşayan rayonda həyat qaynayır.
Bu qaynamanın səbəbi Tərtər camaatının təsərrüfat işlərində fəal olması və rayonun icra başçısı Müstəqim Məmmədovun gərgin iş qrafikidir.
Əhalinin sosial-məişət problemlərinin öyrənilməsi, bilavasitə yerində həll edilməsi, icra orqanları və digər yuxarı təşkilatlarla əhali arasında daha sıx ünsiyyət yaradılması üçün ərazilərdə mütəmadi keçirilən görüşlərin böyük səmərəsi olur. Bütün məsələlərə diqqətlə yanaşılır və müvafiq tədbirlər görülür.
RİH başçısı cənab Müstəqim Məmmədov dövlət başçısının tapşırığına əsasən hər həftənin müəyyən olunmuş günü kəndlərdə əhali ilə səyyar görüş-qəbullar keçirir, vətəndaşlar tərəfindən qaldırılan məsələlərin, verilən təkliflərin icrası məqsədilə aidiyyatı üzrə idarə rəhbərlərinə müvafiq tapşırıqlar verir.
Müstəqim Məmmədov yüksək səmimiyyət şəraitində keçirilən belə görüşlərdə ölkə prezident İlham Əliyevin rəhbərliyi altında müstəqil Azərbaycan dövlətinin ildən-ilə daha da inkişaf edərək dünyada nüfuzunun artdığını, ordu quruculuğu sayəsində əldə olunan nailiyyətləri, əhalinin həyat səviyyəsinin dayanmadan yüksəldiyini qeyd edir, bütün məcburi köçkünlərin qayğılarının daim dövlətimizin nəzarətində olduğunu bildirir.
Müraciətlərlə bağlı aidiyyəti üzrə konkret tapşırıqlar verən Müstəqim Məmmədov məsələlərin aidiyyəti qurumlar tərəfindən nəzarətə götürülməsinə göstəriş verir.
Qəbullarda iştirak edən rayon sakinləri onların müraciətlərinə diqqətlə yanaşıldığına görə, RİH başçısına öz minnətdarlıqlarını bildirirlər.
Müstəqim Məmmədov bir çox hallarda sakinlərin evlərində olur, onların qayğı və problemləri ilə yerindəcə tanış olur.
Rubrika.Az
Facebook-da paylaş













