“Aygünlə Röyanı barışdırmaqdansa, uşaqlara yemək bişirərəm” – Elnarə

“Mən Röya ilə Natavandan küsməmişəm. Konsertim olanda ikisini də çağıracağam. Mənim bir düşmənim var, o da ermənidir. Natavan ilə Röya düşmənim ola bilməzlər”.
Bu sözləri müğənni Elnarə Xəlilova musavat.com saytına açıqlamasında deyib.
O, Aygün Kazımovanın illər öncə konsertindən çəkilən görüntüləri paylaşmasına da münasibət bildirib: “Aygün xanım jestdir. O böyüklüyünü göstərdi. Mən jest kimi qəbl etdim. Onun qəlbini tanıyıram. Niyyət önəmlidir, bilirəm ki, qəlbinin təmizliyi ilə o addımı atıb. Mən qeybət etməyi xoşlamıram. “Aygün elə, Röya belə dedi” deyib müzakirə etmək mənlik deyil. Mənim nəyimə lazımdır? Aralarında nə baş verirsə, özləri bilərlər”.
“Bəlkə, siz barışdırasınız” sualına isə müğənni belə cavab verdi: “Bir adam calamaqdan, bir də ara qarışdırmaqdan qorxuram. Sabah yaxşı olanda, kimsə “çox sağ ol” deməyəcək. Amma pis olanda sənin üstünə düşəcəklər. Onları barışdırmağa ayırdığım vaxtı evdə uşaqlara yemək bişirərərm”.
Rubrika.az
Facebook-da paylaş








