Bakı Putin və Ərdoğanın qərarını gözləyir – Şərh
![]()
Putinin Türkiyəyə səfəri İrəvanda narahatlıqla qarşılanıb, çünki Rusiya-Türkiyə yaxınlığının güclənməsi ermənilərin kefini pozub.
Bu sözləri Axar.az-a açıqlamasında politoloq, millət vəkili Rasim Musabəyov deyib.
“Putinin Türkiyəyə səfəri İrəvanda narahatlıqla qarşılanıb, çünki Rusiya-Türkiyə yaxınlığının güclənməsi ermənilərin kefini pozub. Moskva və Ankaranın birliyi heç cür İrəvana sərf etmir. Əksinə, ermənilər Türkiyə ilə Rusiya və Avropa ölkələri arasında gərginliyin artmasından özləri üçün qazanc götürürlər. Çünki ermənilərin Türkiyə və Azərbaycana qarşı iddiaları var”, - deputat bildirib.
Millət vəkili Türkiyə-Rusiya-İran formatı və bunun gələcək perspektivlərinə də toxunub:
“Bu üç ölkə arasında yaxınlaşma varsa, demək, tərəflər bölgədə sabitliyin olmasında maraqlıdırlar. Sabitliyi pozan ermənilərin iddialarıdır. Hər üç ölkə müharibə risklərinin aradan götürülməsi və ermənilərin işğal olunmuş Azərbaycan torpaqlarından geri çəkilməsi barədə qərar verərsə, ermənilərin o zaman qaçmağa yeri olmayacaq. Ancaq fərqli qərar Azərbaycanın səbr kəsasını daşıra bilər”.
Qeyd edək ki, Putinlə Ərdoğanın son görüşündən sonra İrəvanda ciddi ictimai narahatlıq hökm sürür.
Rubrika.Az
Facebook-da paylaş














