Bakıda yaşlı kişi yeznəsi tərəfindən bıçaqlanıb
![]()
Bakının Binəqədi rayonunda bıçaqlanma hadisəsi baş verib.
Rubrika.Az xəbər verir ki, hadisə Biləcəri qəsəbəsində baş verib.
1966-cı il təvəllüdlü Cəfərov İlqar Xanhüseyn oğlu yeznəsi ilə mübahisə zamanı bıçaqlanıb.
Yaralı ağır vəziyyətdə 1 saylı şəhər xəstəxanasına çatdırılıb
Rubrika.Az
Facebook-da paylaş

















