MSK sədri: “Seçkilərin şəffaf keçirilməsi üçün bütün addımlar atılıb”

“Seçkilərin şəffaf keçirilməsi üçün bütün addımlar atılıb”.
Rubrika.Az-ın “Report”a istinadən xəbərinə görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov deyib.
O qeyd edib ki, müşahidəçilərin səsverməni izləmələri üçün bütün şərait yaradılıb.
MSK sədri qeyd edib ki, səsvermə günü təhlükəsizlik təmin olunmalıdır, bunun üçün polis orqanları məsuliyyət daşıyırlar: “Mərkəzi Seçki Komssiyası polis orqanları ilə seminar-müşavirə keçirib, səsvermə günü atılacaq addımlar müzakirə edilib. Hesab edirəm ki, sabah xoşagəlməz hal baş verməyəcək”.
Rubrika.Az
Facebook-da paylaş








