• Azərbaycan xalqı bir daha “İlhamla irəli” dedi

    Azərbaycan xalqı bir daha  “İlhamla irəli”  dedi

    Böyük siyasi institutların, analitiklərin illərlə üzərində çalışdıqları təxribat planlarını, Azərbaycanı Şərqin qan içində boğulan dövlətləri sırasına qatmaq istəklərini dönməz iradəsi, aydın təfəkkürü ilə ard-arda alt-üst edən İlham Əliyev sözün əsl mənasında istiqlalımızın qarantıdır

    Aprelin 11-də Azərbaycan xalqı müstəqillik tarixinin ən mühüm, əlamətdar günlərindən birini yaşadı. Ölkəmizin demokratiya tarixində mühüm hadisə olan prezident seçkiləri bütün dünyanın gözləri önündə şəffaf və azad şəkildə baş tutdu, Azərbaycan xalqı öz iradəsini bildirdi. Ulu öndərimiz Heydər Əliyevin “mən ona özüm qədər inanıram” dediyi və son 15 ildə Azərbaycan tarixinin inkişaf və tərəqqi dövrünün memarı olan İlham Əliyev cənabları böyük üstünlüklə rəqiblərinə qalib gələrək növbəti müddətə dövlət başçısı postuna seçildi. Bu Azərbaycan xalqının öz azadlığına, inkişafına, Heydər Əliyev siyasi kursuna, polad siyasi iradəyə, işıqlı gələcəyə verdiyi səsdir. Böyük siyasi institutların, analitiklərin illərlə üzərində çalışdıqları təxribat planlarını, Azərbaycanı Şərqin qan içində boğulan dövlətləri sırasına qatmaq istəklərini dönməz iradəsi, aydın təfəkkürü ilə ard-arda alt-üst edən İlham Əliyev sözün əsl mənasında bu gün istiqlalımızın qarantıdır.
    Azərbaycançılıq məfkurəsinə sadiqliyi, müdrik siyasəti, dönməz əqidəsi, uzaqgörən siyasəti, alternativinin olmaması ilə fərqlənən İlham Əliyev ulu öndər Heydər Əliyevin siyasi kursunu davam etdirərək hər bir insanın prezidenti oldu, zəngin dövlətçilik irsi Azərbaycanın xoşbəxt gələcəyinin mayakına çevrildi.
    Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi 2003-cü ildən bu vaxtadək olan müddət Azərbaycan tarixinə hərtərəfli və sürətli inkişaf dövrü kimi daxil olub. Şübhəsiz, sosial-siyasi sabitliyin qorunmasının, mövcud iqtisadi inkişafın, hərtərəfli tərəqqinin təməlində ümummilli liderin inkişaf strategiyası, onun müəyyənləşdirdiyi daxili və xarici siyasət xətti dayanır. Bu da həqiqətdir ki, ulu öndərin əsasını qoyduğu daxili və xarici siyasət kursunun uğurla davam etdirilməsi sayəsində Azərbaycan bugünki yüksəlişə və inkişafa nail olııb. Gənc dövlətin əsaslarının möhkəmliyi və həyata keçirilən strategiyanın səmərəliliyi məhz Prezident İlham Əliyevin liderlik keyfiyyətləri, zəkası, siyasi iradəsi və uzaqgörənliyi lider obrazının ən mühüm cəhətlərini özündə birləşdirir.
    Bir zamanlar yalnız xəyal kimi görünən nəhəng layihələrə, ölkənin hər yerində abadlaşma, müasirləşmə, Azərbaycanın lider dövlətə çevrilməsi və milli maraqlara xidmət edən çoxsaylı digər məqsədlər artıq gerçəkliyə çevrilib. Azərbaycan xalqı bu günkü seçimi ilə utopiyaya deyil reallığa, gerçəkliyə səs veridiyini bir daha sübut etdi.
    Rubrika.az saytının bütün kollektivi cənab prezidenti, Ali Baş Komandanı xalqın iradəsi ilə növbəti müddətə dövlət başçısı seçilməsi münasibətilə ürəkdən təbrik edir, vətənimizin, xalqımızın işıqlı gələcəyi naminə yorulmaz fəaliyyətində yeni-yeni uğurlar arzulayır. Müstəqil Azərbaycanımızın hələ uzun illər İlhamla irəliləyərək zirvələr fəth edəcəyinə inanırıq. Hər zaman vətənimizin güclənməsi, inkişafı yolunda sizin siyasi kursunuzu müdafiə edəcək, medya mənsubu olaraq yanınızda olacağıq. Qoy uca Tanrı hər zaman Azərbaycanın işıqlı gələcəyi naminə yardımçınız olsun ! Xalqın sevgisi və etimadı hər zaman sizinlə olsun, cənab PREZİDENT !

    Rubrika.Az


    Facebook-da paylaş