ABŞ "Qiyamət günü"nü təyyarəsini havaya qaldırdı ..
![]()
ABŞ-ın “Qiyamət günü” olaraq tanınan E-4B “Nightwatch” (Gecə növbətçisi) təyyarəsi havaya qalxıb.
Rubrika.AZ xəbər verir ki, bu barədə “CivMilAir” saytı məlumat yayıb.
Bildirilib ki, həmin təyyarə nüvə hücumları zamanı ABŞ Hərbi Hava Qüvvələrinin inventarında olan Boyinq-747-200 təyyarələrinin mərkəzi qərargahı olaraq istifadə edilməsi üçün təchiz edilib.
“Nightwatch” yanacaq qəbul edərək tam 1 həftə boyunca havada qala bilər.
Bu təyyarənin ekipajı nüvə hücumları zamanı tam mühafizə altında olur.
Təyyarənin hansı səbəbdən havaya qaldırıldığı deyilməyib.
Rubrika.Az
Facebook-da paylaş















