150 manata görə törədilən qətl işində şahidlər məcburi gətiriləcək- qərar

150 manata görə adam öldürməkdə ittiham edilən şəxslərin məhkəməsi davam edib.
Rubrika.Az musavat.com-a istinadla xəbər verir ki. Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməkdə təqsirləndirilən Vüqar Əlizadə və İlham Əliyevin cinayət işi üzrə məhkəmə iclası keçirilib.
Hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə şahidlərin gəlnədiyi məlum olub. Hakim şahidlər barəsində məcburi gətirilmə qərarı çıxarıb.
Məhkəmə prosesi aprelin 26-da davam edəcək.
Hadisə Sabunçu rayonun Maştağa qəsəbəsində baş verib. 1994-cü il təvəllüdlü Əlizadə Vüqar Bayraməli oğlunun tanışı, 1993-cü il təvəllüdlü Quliyev Kamran Yaşar oğlunu pul məsələsinə görə bıçaqlayaraq qətlə yetirib.
Hər iki şəxs Bakıda fəhlə işləyirmiş və 23 yaşlı K.Quliyev tanışından bir müddət əvvəl borc olaraq 150 manat alıb.
V.Əlizadə bir müddətdən sonra tanışından pulu qaytarmasını istəyib. Lakin K.Quliyev imkanının olmadığını, ona bir neçə gün möhlət verməsini istəyib. V.Əlizadə isə razılaşmayıb, kifayət qədər gözlədiyini deyib.
Onlar arasında mübahisə davaya çevirilib və V.Əlizadə 23 yaşlı həmyerlisinə 12 bıçaq zərbəsi vurub.
Hadisədən sonra İlham Əliyevin də cinayət işində əli olduğu məlum olub.
Hər iki şəxs qəsdən adam öldürmə maddəsi ilə ittiham olunur.
Məlumata görə, bir-birinin əleyhinə ifadə verən şəxslərin arasında düşmənçilik var. Bu səbəbdən onlar eyni şüşə qəfəsə salınmayıblar.
Rubrika.Az
Facebook-da paylaş











