Xaçmazda avtomobil üç piyadanı vurub

Xaçmazda piyadaların vurulması ilə nəticələnən yol nəqliyyat hadisəsi qeydə alınıb.
Rubrika.Az-ın APA-ya istinadən verdiyi məlumata görə, hadisə şəhərin "Bakı" prospektində baş verib.
"Nissan” markalı avtomobil yoldan keçən 3 nəfəri vurub. Xəsarət alan şəxslər Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Rubrika.Az
Facebook-da paylaş
















