Zaqatalada yük avtomobili yandı
![]()
Zaqatalada yanğın hadisəsi qeydə alınıb.
Rubrika.Az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Zaqatala rayonu, Qımır kəndində "Mercedes" markalı yük avtomobilinin qoşqusunun 6 ədəd arxa təkərləri və 2 m2 sahədə çadır örtüyü yanıb.
Yük avtomobili və qoşqunun qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.
Rubrika.Az
Facebook-da paylaş













