Ağstafada fərdi evdə yanğın olub

Ağstafada yanğın hadisəsi qeydə alınıb.
Rubrika.az APA-ya istinadən Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Ağstafa rayonu, Muğanlı kəndində ümumi sahəsi 130 m² olan birmərtəbəli 4 otaqlı evin zirzəmisinə yığılmış ev əşyaları 30 m² sahədə yanıb.
Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.
Rubrika.az
Facebook-da paylaş














