Putin İlham Əliyevə məktub göndərib
![]()
Sabah 9 may, alman faşizmi üzərində qələbənin 73-cü ildönümü keçiriləcək.
Rubrika.Az “Ölkə.Az”a istinadən xəbər verir ki, Rusiya prezidenti bu münasibətlə Azərbaycan lideri İlham Əliyevə təbrik məktubu göndərib. Təbrikdə Putin Qələbə gününün bəşəriyyəti faşizmdən xilas etmək uğrunda müqəddəs tarixin, xalqlarımızın birliyinin və qəhrəmanlığının simvolu olduğunu vurğulayıb. Rusiya prezidenti müharibə veteranlarına dərin təşəkkürünü bildirib, onlara can sağlığı və uzun ömür arzulayıb.
Rusiya prezidenti Belarus, Ermənistan, Moldova, Özbəkistan, Tacikistan, Türkmənistan, Qazaxıstan, Qırğızıstan, Abxaziya və Cənubi Osetiya respublikalarının dövlət başçılarına da təbrik məktubu göndərib. Amma Putin nə Gürcüstan, nə də Ukrayna prezidentlərini təbrik edib. Kremlin rəsmi internet səhifəsində Ukrayna və Gürcüstan vətəndaşları qələbə münasibətilə təbrik edilib.
Rubrika.Az
Facebook-da paylaş














