Böyük Britaniya Kraliçası Azərbaycan Prezidentini təbrik edib

Böyük Britaniya və Şimali İrlandiyanın Kraliçası Ülyahəzrət II Elizabet Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Rubrika.az “Azərtac”a istinaden xəbərinə görə, təbrik mətnində deyilir:
"Cənab Prezident.
Milli bayramınız 28 May - Respublika Günü münasibətilə Zati-alinizə ən səmimi salamlarımı çatdırmaqdan böyük məmnunluq hissi duyuram. Qarşıdan gələn illərdə Sizə və Azərbaycan xalqına firavanlıq və xoşbəxtlik arzulayıram".
Rubrika.az
Facebook-da paylaş










