“Mənim olduğum yerdə siyasi məhbus alveri ola bilməz” - Əvəz Zeynallı

“Siyasi məhbus məsələsində çox böyük alver gedir”.
Rubrika.az Musavat.com-a istinaden xəbər verir ki, bu barədə “Yeni Müsavat” qəzetinin Facebook səhifəsi üzərindən təşkil etdiyi canlı yayımda tanınmış jurnalist Əvəz Zeynallı bildirib.
O, bu məsələnin üstünü tam açıb, aşkarladığı zaman bu haqda geniş danışacağını deyib. Bununla belə o, Azərbaycanda siyasi məhbus məsələsinin üzərində səmimi şəkildə çalışanların olduğunu vurğulayıb: “Ola bilər, beynəlxalq miqyasda nələrsə olsun. Amma ölkədə vətəndaş cəmiyyətinin 56-60 milyon vəsaitinin qarşısını hökumət alıb. Bu da irleqalitəyə şərait yaradır, insanları buna təşviq edir”.
Ə.Zeynallı eyni zamanda Azərbaycanda insanlara öz hüququnu axtarmaq üçün şərait yaradılmadığını bildirib. Jurnalistin sözlərinə görə, Ağır Cinayətlərə dair İşlər üzrə Məhkəmənin hakimlərinin telefonu daim stolunun üstündə durur: “Bir də görürsən, 2 il yazılan mesaj gəldi. Sifariş gəlir və ona əsasən təqsirləndirilən şəxsə cəza verirlər”.
Jurnalist həmçinin Azərbaycanda siyasi məhbus məsələsinin çox həssas olmasına toxunub: “Alver var? Saxlayın da bu alverin qabağını... Əli İnsanov 7 il içəridə olub. Niyə onu daha 4 il içəridə saxlayırlar? İlqar Məmmədov partiya sədri və hakimiyyətə alternativliyini irəli sürən adamdır. Bunu niyə içəridə saxlayırsız? Buraxın azadlığa. Konkret siyasi məhbus alverinə gəlincə, mənim çalışdığım dairədə alver yoxdur. Ola bilməz. Mən olan yerdə alverin olması mümkün deyil”.
Rubrika.az
Facebook-da paylaş












