Əli Kərimliyə “Quska”dan və Moskvadan pullar necə daşınıb? - Təfsilat
![]()
AXCP sədri Əli Kərimliyə Moskvadan pulların necə axmasının təfərrüatı məlum olub
Rubrika.az FİA.Az-a istinaden xəbər verir ki, bu pullar Ə.Kərimlini həbsə aparır.
Moskvada yaşayan azərbaycanlı Rüstəmov Saleh Məhərrəm oğlu və onun qohumu Rüstəmli Vidadi Valeh oğlunun həbsi işin üstünü açıb.
Rusiyada bizneslə məşğul olan S.Rüstəmovun Ə.Kərimliyə hər ay göndərdiyi vəsaitlərin izinə düşən hüquq-mühafizə orqanları bu faktı təsbit ediblər.
AXCP və Ə.Kərimliyə dəstək üçün göndərilən pulların bir hissəsinin “Quska” ləqəbli Hüseyn Abdullayevə məxsus olduğu haqda iddialar var.
Keçmiş deputat Türkiyədə həbs edilib və vergi cinayətinə görə Bakıya gətirilib. Onun Ə.Kərimliyə maliyyə dəstəyi verdiyini iddia edirlər.
Hazırda Rüstəmovlar narkotik ittihamı ilə Azərbaycan həbsxanalarında istintaq altındadırlar.
Rəsmi ittiham bir yana, lakin aydın məsələdir ki, onlar Əli Kərimliyə doğru yönəltdikləri qeyri -qanuni və illeqal para transferlərinə görə hədəfə gəliblər.
Bu barədə musavat.com-a açıqlama verən mötəbər mənbənin söylədiklərindən də ciddi qənaət hasil olur.
Mənbə Əli Kərimlinin rahatlığı və komfortu üçün xarici ölkədən, Rusiyadan gələn pul axını haqda bunları deyib:
“Saleh Rüstəmov 2012-ci ildə Moskvaya gedib, Qənimət Zahidin təklifi ilə Rusiyada yaşayan keçmiş AXCP üzvləri ilə əlaqələr yaradaraq onlar arasında partiyanın Azərbaycandakı fəaliyyətinin maliyyələşdirilməsi üçün pul vəsaitləri ayırmalarına dair təbliğat aparıb. Bu barədə “Azərbaycan saatı” verilişində də elan yerləşdirilib.
2016-cı ilin mart ayından etibarən Moskvada özünün ticarət qurumunda tabeliyində işləyən Jenya Adolfovanın adına “Sberbank”-da hesab açaraq, hər ay qeyd olunan hesaba yığılmış 30.000 dollar məbləğində pulu «həvalə» yolu ilə Hüseynov Ceyhun Hüseyn oğlu, İsgəndərov Rauf Sahib oğlu, Əhmədov Heydər Yaşar oğlu, Mehdixanov Tural Ədalət oğlu vasitəsilə Bakıda yaşayan qardaşı oğlu Vidadi Rüstəmliyə çatdırıb.
V. Rüstəmli pulu AXCP Rəyasət Heyətinin üzvü Məhərrəmov Aqil Əli oğlu, Gənclər Komitəsinin Ali Məclisinin sədri Nəsirov Ruslan Şamil oğlu, Nərimanov rayon şöbəsinin sədri Həsənov Babək Qəzənfər oğluna verib.
Pul qəbul olunduqdan sonra Əli Kərimli ona “WhatsApp” proqramı vasitəsilə “bəy, sağ ol, çatdı” kimi minnətdarlıq sözlərini yazıb göndərib.
Yığılan pullar çoxaldıqca həmin puldan Qənimət Zahid üçün də hər ay rəhbəri olduğu televiziya kanalının saxlanılmasından ötrü 2.000-2.500 ABŞ dolları göndərib.
FİA.Az-a media üzərindən daxil olan xəbərdə deyilir ki, Əli Kərimli kənardan yardım adı ilə daxil olan bütün vəsaitləri özünün kontroluna alaraq, bu barədə təşkilatdakı ən yaxınlarına belə düzgün məlumat vermədən, xüsusi məqsədlər üçün xərcləyib.
Zillət və yoxsulluq içində yaşayan sıravi və funksioner cəbhəçilərin heç bir ehtiyacları qarşılanmadığı halda, həmin pullar AXCP sədrinin İngiltərədə yaşayan ailə üzvlərinin təminatlı yaşam tərzini təmin etmək üçün xərclənib.
Əli Kərimlinin rəhbərliyi ilə təşkil olunan mitinqlər də məhz mühacirətə göndərmək üçün "müştəri" axtarışı vasitəsidir.
Məsələn, heç də təsadüfi deyil ki, bir neçə ay öncə təşkil olunan mitinqlərdə adının çəkilməsini istəməyən gənc fəal həmin aksiyada "hökumətə etiraz" etdiyini, desə də, "Milli Şura"nın mitinqinə qatılmaqda əsas məqsədinin etiraz olmadığını etiraf etmişdi.
Əli Kərimli isə gah sosial şəbəkədə, gah da nəzarətində saxladığı AXCP-yə yaxın mətbu orqanlarda bu sübutları təkzib etməyə çalışır, ancaq bu cəhdləri işə yaramır.
Çünki sübutlar çox ciddidir və bunları təkzib etmək mümkün deyil. "Yurd" sədri də bunu anlamağa başlayıb və hədəfi yayındırmağa çalışır. Ancaq ictimaiyyət hər şeyi görür və artıq Əli Kərimlinin dediklərinə heç kim inanmır.
Əvvəllər bu kimi məsələləri "Yurd"un öz media quruluşları gündəmə gətirirdi və bununla da özlərinə müştəri yığırdılar. Ancaq artıq vəziyyət o yerə çatıb ki, "yurd"çuların özü belə Əli Kərimliyə etiraz edir.
Yuxarıda da qeyd etdiyimiz kimi, yüksək məbləğlər qarşılığında, Əli Kərimlinn imzası ilə verilən arayışları məhz "yurdçu"lar yayır.
Artıq onlarda Əli Kərimlinin əslində kimə və nəyə xidmət etdiyini görür, başa düşürlər.
Rubrika.az
Facebook-da paylaş













