Tramp həyat yoldaşı ilə bağlı açıqlama verdi
![]()
ABŞ prezidenti Donald Tramp jurnalistlərə G7 sammitinə həyat yoldaşı və birinci ledi Melaniya Trampın gələ bilməmə səbəblərini açıqlayıb.
Rubrika.az-ın Modern.az-a “TASS” agentliyinə istinadən xəbər verir ki, Tramp sammitə getməmişdən öncə jurnalistlərə bu barədə açıqlama verib.
“O, bunu istəyirdi və gəlməli idi. Lakin gözündə 4 saat davam edən böyük əməliyyat keçirib. Hazırda o, bunun öhdəsindən çox yaxşı gəlir. Həkimlər ona bir ay uçmağa icazə verməyib” – Tramp bildirib.
Qeyd edək ki, aprelin 26-da birinci ledinin 48 yaşı tamam olub.
Rubrika.az
Facebook-da paylaş












