Tramp Rusiyaya qarşı sanksiyaları təsdiqləyəcək

ABŞ Prezidenti Donald Trampın Rusiya, İran və Şimali Koreyaya qarşı yeni sanksiyalar nəzərdə tutan qanun layihəsini təsdiq edəcəyi açıqlanıb.
Rubrika.az musavat.com-a istinadən xəbər verir ki, bu barədə Ağ Ev sözçüsü Sara Sanders açıqlama verib.
"Prezident Donald Tramp qanun layihəsinin ilk formasınıı oxuyub və layihənin həlledici amillərini görüşüb. İndi də son vəziyyətini araşdırıb və danışıqlarına cavab verilməsinə görə layihəni təsdiq etmək və imzalamaq niyyətindədir", - Sanders deyib.
Qeyd edək ki, layihə cümə günü Senatda 97, Nümayəndələr Palatasında isə 429 səslə qəbul edilib.
Rubrika.az
Facebook-da paylaş














