Gürcüstanda mikroavtobus qəzaya uğrayıb, ölən və yaralılar var
![]()
Gürcüstanda Qombori aşırımında mikroavtobus qəzaya uğrayıb.
Rubrika.az APA-ya istinadla Gürcüstan bürosunun məlumatına görə, nəqliyyat vasitəsinin yoldan çıxaraq dərəyə aşması nəticəsində 1-i yeniyetmə olmaqla 4 nəfər ölüb, 10 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.
Mikrovatobusda Tbilisinin məktəblərindən birinin şagirdləri və onların valideynləri olub. Onlar Kaxeti bölgəsinə ekskursiyaya yollanıblar.
Rubrika.az
Facebook-da paylaş










