Xəlil Rza Ulutürkün xanımını aldadan şəxsin məhkəməsi davam etdirilib

Mərhum xalq şairi Xəlil Rza Ulutürkün həyat yoldaşı Firəngiz Ulutürkə qarşı dələduzluq edən şəxs hakim qarşısına çıxarılıb.
Rubrika.az Musavat.com -a istinaden xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Mirzə Şəmsiyevin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
Hakim Eldar Mikayılovun sədrliyi ilə keçirilən prosesdə əlavə şahid qismində Füzuli Məmmədov ifadə verib. Uşaq Nevroloji Xəstəxanasında həkim işlədiyini deyən şahid bildirib ki, təqdirləndirilən M.Şəmsiyevdən 300 min manata ev alıb.
F.Məmmədovdan bu qədər pulu haradan qazandığı soruşulub. O, Uşaq Nevroloji Xəstəxanasından başqa, özəl xəstəxanaların birində də çalışdığını deyib.
Bildirək ki, M.Şəmsiyev Xəlil Rza Ulutürkün yubileyi münasibətilə onun kitabını nəşr etdirəcəyini deyərək, həyat yoldaşı Firəngiz Ulutürkə qarşı təxminən 4 min manat məbləğində dələduzluq edib. O, daha bir neçə nəfərə qarşı 100 min manatdan çox dələduzluq etməkdə təqsirli bilinir.
M.Şəmsiyev Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham edilir.
Rubrika.az
Facebook-da paylaş















