Erməni kəşfiyyatçı açıqladı: “2 gün sonra hücuma keçəcəyik” - Qarabağda TOQQUŞMA
![]()
Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsində separatçı “Arsax (Qarabağ) işığı” təşəbbüs qrupu qondarma rejimin “prezidenti” Bako Saakyanın istefa verməsini tələb edir.
Rubrika.az Publika.az-a istinaden xəbər verir ki, təşəbbüs qrupunun üzvü, erməni kəşfiyyatçı Vaan Badasyan iyunun 15-nə qədər vaxt verdiklərini deyib.
“Bako Saakyan xalqı aldatdı, o, 2020-ci ildə namizəd olmayacağını deyir, lakin biz buna inanmırıq. Buna görə də o dərhal istefa verməlidir. İyunun 15-nə qədər gözləyəcəyik, sonra hərəkətə keçəcəyik. Ən düzgün yol istefaya getməkdir. Çünki Saakyan 2020-ci ilə qədər qalarsa, saxtalaşdırma yolu ilə Serj Sarkisyanın başqa bir adamını gətirəcəklər. İyunun 15-nə qədər qərar verəcəyik və sonra hücuma keçəcəyik. Küçə toqquşmalarının olacağı istisna deyil”, - deyə o bildirib.
Rubrika.az
Facebook-da paylaş












