XİN-dən nazirlərin görüşü barədə — Açıqlama
ATƏT-in Minsk Qrupunun həmsədrlərinin təklifi əsasında 11 iyul tarixində Brüsseldə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü keçiriləcək.
Rubrika.az "Ölkə.Az"-a istinadən xəbər verir ki, XİN mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib ki, görüş yerli vaxtla 19.00-da baş tutacaq.
Görüşdə danışıqlar prosesinin indiki vəziyyəti və danışıqların ciddi və nəticə yönümlü şəkildə aparılması əsas müzakirə mövzusu olacaq.
Facebook-da paylaş








