• “Qazanın dibi”- Seneqal Levandovskiyə qarşı

    “Qazanın dibi”- Seneqal Levandovskiyə qarşı

    DÇ-2018-in son qrupunda da gərgin mübarizə gözlənilir

    Rusiyada bu gün başlayacaq futbol üzrə dünya çempionatında sonuncu qrupa “qazanın dibi”də demək olar. Bu qrupda hansı intriqanın ola biləcəyini hamıdan əvvəl Joze Mourinyo deyib. Mourinyo bir neçə gün əvvəl deyib ki, H qrupunda Seneqal millisi birinci, Polşa isə ikinci yeri tutacaq.

    Beləliklə, H qrupu haqda.

    Polşa

    Seneqal

    Kolumbiya

    Yaponiya

    Polşa DÇ 2018 ile ilgili görsel sonucu

    Polşa və Levandavski

    Polşa millisi 8-ci dəfədir ki, dünya çempionatında iştirak edir. 1974 və 1982-ci il mundialında komanda dünya üçüncüsü olub. Sonuncu dəfə isə onlar dünya çempionatında 2006-cı ildə iştirak ediblər.

    Polşa seçmə mərhələdə E qrupunda mübarizə aparırdı. Nəticədə polşalılar 25 xalla bu qrupda lider oldular. Danimarkaya 4:0 hesablı biabırçılığı yada salmasaq...

    Komandanın əvəzedilməz kapitanı Robert Levandovski isə keçirilən 10 görüşdə 16 qol vuraraq Avropa zonası üzrə DÇ təsnifat mərhələsinin ən məhsuldar futbolçu kimi adını tarixə yazdırdı. Levandovski haqda hələ dünya çempionatında çox danışacağıq...

    Polşa millisi sosialist sistemində (Varşava müqaviləsi ölkələri nəzərdə tutulur)olanda SSRİ yığması kimi xüsusi inkişafı yox idi. Əlbəttə bu oxşarlıqda slavyanlara dil baxımdan qohumluluğun da xüsusi təsiri vardı. Amma Berlin divarları yıxılandan sonra Polşa daha çox Almaniya millisinə bənzəməyə başladı. Polşanın oyun stili alman maşınına çox bənzəyir, sürətli futbolçular, kəskin hücumlar... Bu səbəbdən son illər Polşanın oyununa şəxsən bəndəniz çox maraqla baxır. Bu mundialda Polşanın növbəti mərhələyə adlayacağı problemli görünmür. Əlbəttə ki, həm Polşa millisi, həm Levandovski seçmə mərhələsindən daha yaxşı oyun göstərməyə iddialıdırlar. Yeri gəlmişkən, 2008-ci ildən Polşa yığmasında oynayan Levandovskinin bu ilk dünya çempionatı sayılır.

    Polşa mundial hazırlıqları çərçivəsində dörd sınaq matçı keçirib. Nigeriyaya 0:1 uduzan milli Cənubi Koreyaya 3:2 hesabı ilə qalib gəliblər. Polşa iyunun 8-də Çili ilə 2:2 bərabərliyə razılaşıb. Litva ilə oyunda isə 4:0 hesabı ilə qalib gəlib.

    Uzun illər ABŞ-da yaşayan Adam Navalka bayaq yuxarıda xatırlatdığımız “sosialist sistemi” məktəbinin futbolçularında olub. İmmiqasiyada olduğu vaxt hətta kosmetik mallar da satan sabiq futbolçu milli komandada 2013-cü ildən bəri çalışır. Adam Navalkanın millinin yenidən mundiala yüksəlməsində zəhməti böyükdür.

    Polşa Rusiyaya bu heyətlə gəlir:

    Qapıçılar: Lukaş Fabyanski (“Suonsi”, Uels), Voyçex Şesnı (“Yuventus”, İtaliya), Bartoş Byalkovski (“İpsviç”, İngiltərə);

    Müdafiəçilər: Lukaş Pişek (“Borussiya”, Dortmund, Almaniya), Kamil Qlik (“Monako”, Fransa), Matsey Rıbus (“Lokomotiv”, Moskva, Rusiya), Artur Endjeyçik, Mixal Pazdan (hər ikisi “Legiya”), Tiaqo Çionek (“Spal”, İtaliya), Bartoş Bereşinski (“Sampdoriya”, İtaliya), Yan Bednarek (“Sauthempton” İngiltərə);

    Yarımmüdafiəçilər: Yakub Blaşikovski (“Volfsburq”, Almaniya), Kamil Qrosiçki (“Hall Siti”, İngiltərə), Qjeqoj Krıxovyak (“Vest Bromviç”, İngiltərə), Slavomir Peşko (“Lexiya”), Pyotr Zielinski (“Napoli”, İtaliya), Karol Linetti (“Sampdoriya”, İtaliya), Yaçek Qoralski (“Ludoqorets”, Bolqarıstan), Rafal Kurzava (“Qurnik”);

    Hücumçular: Robert Levandovski (“Bavariya”, Almaniya), Arkadiuş Milik (“Napoli”, İtaliya), Lukaş Teodorçuk (“Anderlext”, Belçika), David Kovnaçki (“Sampdoriya”, İtaliya).

    İkinci dəfə mundialda, amma hamı tanıyır-Seneqal

    Seneqal ilk dəfə mundiala 2002-ci ildə qatılıb. Elə həmin il də özündən söz etdirməyi bacarıb. Dünya çempionatında cəmi 5 oyun keçirən Seneqal 1/4 finala qədər irəliləyib. Afrika xoşbəxt qitə sayılmaz, amma orada ayrı-ayrı ölkələr var ki, zaman-zaman vətəndaşlarına belə xoşbəxt günlər yaşadır. Elə seneqallılar kimi...

    2002-ci il mundialından sonra Seneqal futbol məktəbinin yetirmələrinə maraq artdı. Onlara Avropanın tanınmış klublarından dəvətlər yağmağa başladı. Elə indi də Seneqal millisinin oyunçuları sırasında İtaliya və İngiltərə klublarında oynayan futbolçular var.

    Aliu Sisseni futbol azarkeşləri yaxşı xatırlayır. Seneqalın debüt mundialında ən çox diqqətdə olan Sisse 2015-ci ildən millinin baş məşqçisi təyin olunub. Sisse məşqçilik karyerasında da diqqəti üzərinə çəkə bilib. Hazırda 42 yaşlı baş məşqçinin bacarığı sayəsində Seneqal seçmə mərhələni məğlubiyyətsiz başa vurdu və ikinci dəfə ölkəsinin adını dünya çempionatı tarixinə yazdırdı.

    Seneqalın heyəti belədir:

    Qapıçılar: Abdulaye Diallo (“Renn”), Hadim N Diaye (“Horoyya”, Qvineya), Alfred Qomis (SPAL, İtaliya);

    Müdafiəçilər: Kalidu Kulibali (“Napoli”, İtaliya), Kara Mboc (“Anderlext”, Belçika), Lamin Qassama (“Alanyaspor”, Türkiyə), Mussa Vaqe (“Eypen”, Belçika), Yussuf Sabali (“Bordo”, Fransa), Saliu Siss (“Anje”), Salif Sane (“Hannover”, Almaniya);

    Yarımmüdafiəçilər: Papa Aliun Ndiaye (“Stok Siti”, İngiltərə), Şeyx N Doye (“Birmingem”, İngiltərə), Şeyxu Kuyate (“Vest Hem”, İngiltərə), Alfred Ndiay (“Vilyarreal”, İspaniya), İdrissa “Qane” Qaye (“Everton”, İngiltərə);

    Hücumçular: Mame Biram Diuf (“Stok Siti”, İngiltərə), Diafra Sako, İsmaila Sarr (hər ikisi “Renn”, Fransa), Mussa Konate (“Amyen”, Fransa), Balde Keyta (“Monako”, Fransa), Mussa Sou (“Bursaspor”, Türkiyə), Sadio Mane (“Liverpul”, İngiltərə), Mbaye Nyanq (“Torino”, İtaliya).

    Ehtiyat oyunçular: Adama Mbenqe (“Kan”, Fransa), Fallu Dian (“Mets”, Fransa), Famara Dyedu (“Bristol Siti”, İngiltərə), Anri Seyve (“Sivasspor”, Türkiyə).

    “H” qrupunda yer alan Seneqal millisi Polşa (Moskva, 19 iyun), Yaponiya (Yekaterinburq, 24 iyun) və Kolumbiya (Samara, 28 iyun) ilə üz-üzə gələcək.

    Kolumbiya yenə möcüzə edə biləcəkmi?

    Bukmeykerlər bu qrupda ən iddialı komandalardan birinin də Kolumbiya olacağı qənaətindədirlər. Dünya çempionatlarında 6-cı dəfə iştirak edəcək komandanın ən böyük uğuru 4 il əvvəl keçirilən Braziliya mundialında olub. Yada salaq ki, Kolumbiya 1/4 finaladək irəlilədi və mübarizəni yalnız Braziliya ilə oyundan sonra dayandırdılar. Kolumbiya millisinin oyunçusu Hames Rodriqes 6 top vuraraq mundialın bombardiri və yaxşı qol müəllifi oldu. Bu komandanın heyətində də indi xeyli yaxşı futbolçular var.

    Komandanı Rusiya mundialına baş məşqçi Xose Pekerman gətirib. 2012-ci ilin yanvarından Kolumbiya millisinə rəhbərlik edən 68 yaşlı mütəxəssis dünyada tanınmış məşqçilər sırasındadır. Pekerman daha öncə Argentina yığmasına da rəhbərlik edib.

    Onun müəyyənləşdirdiyi heyət belədir:

    Qapıçılar: David Ospina (“Arsenal”), Kamilo Varqas (“Deportivo Kali”), Xose Kuadrado (“ Onse Kaldas”)

    Müdafiəçilər: Santyaqo Arias (PSV), Kristian Sapata (“ Milan”), Frank Fabra (“Boka Xuniors”), Yerri Mina (“ Barselona”), Davinson Sançes (“ Tottenhem”), Xoan Moxika (“ Jirona”), Oskar Murilyo (“ Paçuka”)

    Yarımmüdafiəçilər: Abel Aqilar (“Deportivo Kali”), Vilmar Barrios (“Boka Xuniors”), Ceferson Lerma (“ Levante”), Mateus Uribe (“ Amerika”), Karlos Sançes (“ Espanyol”), Xuan Kuadrado (“ Yuventus”), Xuan Kintero (“ River Pleyt”), Xose İskierdo (“ Brayton”), Xames Rodriqes (“Bavariya”)

    Hücumçular: Karlos Bakka (“ Vilyarreal”), Radamel Falkao (“ Monako”), Miqel Borxa (“ Palmeyras”), Luis Muriel (“ Sevilya”)

    Yaponlar bu qrupun zəif bəndidir

    Yaponiyanı bu qrupun ən zəif bəndi hesab edirlər. Baxmayaraq ki, artıq 6-cı dəfədir ki, Yaponiya mundiallarda iştirak edir, xüsusi bir yaddaqalan uğuru olmayıb. Yalnız iki dəfə 2002 və 2010-cu illərdə qrup mərhələsini keçə bilib. Yaponiyanın baş məşqçisi Akira Nisino bu posta 2018-ci ilin aprelində təyinat alıb. O, yığmanın baş məşqçisi postunda Vahid Halilhodziçi əvəzləyib. 63 yaşlı mütəxəssis 1996-cı il Atlanta Yay Olimpiya Oyunlarında Yaponiya yığmasına rəhbərlik edib. Bununla yanaşı, Nisino “Qamba Osaka” ilə birlikdə Klublararası dünya çempionatının yarımfinalına qədər irəliləyə bilib.

    Yaponların heyəti belədir:

    Qapıçılar: Eyi Kavasima (“Mets”, Fransa), Masaaki Hiqasiquçi (“Qamba Osaka”), Kosuke Nakamura (“Kasiva Reysol”)

    Müdafiəçilər: Yuto Naqatomo (“Qalatasaray”, Türkiyə), Qotoku Sakai (“Hamburq”, Almaniya), Tomoaki Makino, Vataru Endo (hər ikisi “Urava Red Daymonds”), Gen Sedzi, Naomisi Ueda (hər ikisi “Kasima Antlers”), Mayya Yosida (“Sautgempton”, İngiltərə), Hiroki Sakai (“Marsel”, Fransa)

    Yarımmüdafiəçilər: Makoto Hasebe (“Ayntraxt”, Almaniya), Sindzi Kaqava (“Borussiya” Dortmund, Almaniya), Qaku Sibasaki (“Xetafe”, İspaniya), Riota Osima (“Kavasaki Frontale”), Hotaru Yamaquçi (“Serezo Osaka”), Keysuke Honda (“Paçuka”, Meksika), Genki Haraquçi, Takasi Usami (hər ikisi “Fortuna”, Almaniya), Takasi İnui (“Eybar”, İspaniya)

    Hücmuçular: Sindzi Okazaki (“Lester Siti”, İngiltərə), Yuya Osako (“Verder” Bremen, Almaniya) Yosinori Muto (“Maynts”, Almaniya)

    Rubrika.Az


    Facebook-da paylaş