Vətəndaşlarımız hansı namizədi Türkiyə prezidenti görmək istəyir? - VİDESORĞU

Türkiyədə keçiriləcək prezident seçkilərinə 8 gün qalır. Seçkilər günü yaxınlaşdıqca ölkədə siyasi proseslər bir qədər də qızışmağa başlayıb.
Prezident seçkiləri ilə yanaşı, parlament seçkilərinin də eyni gündə olması düyanın diqqətini Türkiyəyə yönəldib.
Məlumat üçün bildirək ki, prezidentlik uğurunda 6 namizəd yarışır.
Öz çıxışları ilə yadda qalan və Türkiyədə keçirilən rəy sorğularında səs çoxluğu ilə öndə olan namizədlər AKP və MHP-nin birlikdə yaratdığı “Cumhur ittifaqı”nın namizədi Rəcəb Tayyib Ərdoğan, Cümhuriyyət Xalq Partiyasının (CHP) namizədi Məhərrəm İncə, İYİ Partiya başqanı Meral Akşener əsas fovarit hesab edilir.
Qardaş ölkədə cərəyan edən proseslər ölkəmizdə də böyük diqqətlə izlənir. Bu səbəbdən də, Türkiyədə keçiriləcək prezident seçkiləri ilə bağlı vətəndaşlarımız arasında videosorğu keçirdik. Namizədlərin fotolarını bir aya gətirib, sorğu iştirakçılarından kimin dəstəklədiklərini soruşduq.
Rubrika.az Musavat.com-a istinaden həmin videosorğunu təqdim edir:
Rubrika.az
Facebook-da paylaş















