• Vətənim- Qürur mənbəyim!


    Doğma Azərbaycanımızın dünyada tanınması dədə-babalarımızın, igid şəhidlərimizin bizə qoyub getdiyi ən böyük və dəyərli hədiyyədir. Əfsuslar olsun ki, bizə yadigar olan torpaqlarımızın bir hissəsi artıq 30 ilə yaxındır ki,mənfur düşmənlər tərəfindən işğal olunub. İllərdir davam edən danışıqlarda isə murdar düşmən yalanları və böhtanları ilə torpaqlarımızdan çıxmaq bir kənara,dünya ictimaiyyətinə Qarabağı öz torpaqları kimi qələmə verirlər. Bəzi təşkilatlar isə bu yalanlara inanır, bəzən səssiz qalır. Ermənistan rəhbərləri öz ölkələrində olanlardan xəbərsizcə Azərbaycanın siyasi, iqtisadi mövqeyini kiçik görürlər.Bizi öz torpaqlarımızdan əl çəkməyə səsləyirlər. Cənab Prezident İlham Əliyev Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin açılışındakı nitqində belə qeyd etmişdi: ”Ermənistanın müstəqillik tarixi prinsipcə rüsvayçılıq tarixidir.Çünki indiki iqtidar artıq dəfələrlə bəyan və sübut edib ki, 1998-ci ildən 2018-ci ilə qədər Ermənistana rəhbərlik etmiş şəxslər cinayətkardır,oğrudur,quldurdur.Ermənistan hökumətinin antidemokratik rejiminə qarşı, Avropa Şurası və ATƏT səslərini çıxarmırlar.Ermənistanda diktatura hökm sürür və bu, nə qədər belə çox davam edərsə , orada problemlər böhranlı həddə bir o qədər tez çatacaq. Prinnsip etibarilə əgər belə obyektiv təhlil aparsan, görərsən ki, orada inkişaf prespektivləri yoxdur. Ermənilərin qəhrəmanları cinayətkardır, onların prezidentləri rüşvətxordur. İndikiİndiki hakimiyyət bunları açdı-tökdü. Onsuz da biz bunu bilirdik, indi bütün dünya bunu bilir. 20 il ərzində bu dırnaqarası müstəqil ölkəyə quldur, rüşvətxor və cinayətkarlar rəhbərlik edib.Bu ölkəyə nə ad vermək olar- quldur ölkəsi,cinayətkar ölkəsi.İşğal edilmiş torpaqlarda bu gün ermənilər qanunsuz məskunlaşma siyasəti aparır.Minsk qrupunun həmsədrlərinin bu məsələyə xüsusi diqqət yetirməyini istəyirik ki, bu qanunsuz məskunlaşma dayansın.Azərbaycan torpağında ikinci erməni dövlətinin yaradımasına imkan verilməyəcək”
    Yaxın günlərdə açılışı olan Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsi Prezidentimizin ordumuz üçün heç bir vəsaiti əsirgəmədən istifadə etməsini göstərir.Hərbi hissənin açılışında Cənab Prezident İlham Əliyev ordu quruculuğu haqqında bu sözləri dilə gətirdi:”Ölkəmiz müharibə şəraitində yaşayır vəbelə olan halda ordu ilə bağlı bütün məsələlər ən başlıca vəzifədir.Bütün hərbi hissələr, şəhərciklər, hərbi bazalar, faktiki olaraq yenidən qurulur.Hərbi hissələrin 90 faizində tikinti-bərpa,yenidənqurma işləri tamamlanıb.Orduda 20 il qüsursuz xidmət edən zabitlərə dövlət tərəfindən mənzillər verilir.Bu, əlbəttə ki, böyük vəsait tələb edir və 1700 mənzillə təmin olunub.Əgər biz güclü iqtisadiyyat qurmasaydıq, nəhəng neft-qaz layihələri icra etməsəydik , ordumzu müasirləşdirmək üçün vəsaitimiz olmazdı.Dünya ordularının reytinqlərini tərtib edən sanballı qurumlar təsdiq edirlər ki, Azərbaycan Ordusu 50 ən güclü ordu sırasındadır.Bu gün Azərbaycan dünya miqyasında öz gücünə arxalanan və heç kimdən asılı olmayan ölkədir.Hava hücumuna qarşı müasir qurğularımız imkan verir ki, ölkəmiz, o cümlədən strateji obyektlər qorunsun.Ordumuzun müasir silah-sursat , texnika ilə təchizatı bundan sonra dadavam etdiriləcək.Uğurlu Naxçıvan əməliyyatı nəticəsində 10 min hektardan çox ərazini işğalçılardan azad etmişik və strateji yüksəkliklərə çıxmışıq.Ermənistandan dağlıq qarabağa gedən yol bizim gözümüzün qabağından keçir.”
    Artıq günümüzdə Müdafiə Sənayesi Nazirliyi hərbi tələbatın mühüm hissəsini istehsal edir.Prezidentin sərəncamı ilə 15 il bundan əvvəl yaradılmış müdafiə Sənayesi Nazirliyinin xətti ilə 1300-dən çox adda hərbi təyinatlı məhsul istehsal olunur.Prezident İlham Əliyev çıxışında hərbi hissələrdə ideoloji vəziyyətə xüsusi əhəmiyyət verilməsindən, ordunun döyüş qabiliyyətinin artırılmasının labüdlüyündən də bəhs edərək qeyd etdi ki, 2016 və 2018-ci illərin hərbi əməliyyatları ordumuzun qarşıya qoyulan istənilən vəzifəni yerinə yetirməyə qadir olduğunu göstərir.
    26 İyun tarixində artıq Milli Ordumuzun 102 illiyi qeyd olundu. Bir əsr müddətində inkişaf edən ordumuz artıq düşmənin gözünü qorxutmağa kifayət edib və ordumuzu ən güclü ordular sırasına daxil edib.
    Biz gənclər üçün əslində belə güclü ordu qurulur, bu qədər böyük iqtisadiyyat yaradılır.Bir gün bütün bu görülən işlər biz gələcəyin liderlərinə əmanət olunacaq.O gün gəldiyində bizlərin vəzifəsi bu mirası qorumaq, inkişaf etdirmək və bütün dünyaya Azərbaycanımızı tanıtmaq olacaq.Doğma yurdumuzun adını ucaltmaq üçün üçrəngli, şanlı bayrağımızı göylərə qaldıracaq, bizə qoyulan əmanətlərə necə sahib çıxdığımızı bütün dünyaya göstərəcəyik.

    Nərmin Nastalkova
    Nəsimi rayon gənci, Azərbaycan Tibb Universitetinin tələbəsi




    Facebook-da paylaş